Blinken Kuleba ilə Kaxovka SES-dəki durumu müzakirə edib

Blinken Kuleba ilə Kaxovka SES-dəki durumu müzakirə edib Ukraynanın xarici işlər naziri Dmitro Kuleba və ABŞ dövlət katibi Entoni Blinken Kaxovka SES-də baş verən partlayışın nəticələrini, hərbi yardımı və NATO-nun Vilnüsdə keçiriləcək sammitindən gözləntiləri müzakirə ediblər.
Region
9 İyun , 2023 00:39
Blinken Kuleba ilə Kaxovka SES-dəki durumu müzakirə edib

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba və ABŞ dövlət katibi Entoni Blinken Kaxovka SES-də baş verən partlayışın nəticələrini, hərbi yardımı və NATO-nun Vilnüsdə keçiriləcək sammitindən gözləntiləri müzakirə ediblər.

“Report” xəbər verir ki, bu barədə Ukrayna XİN başçısı tviterdə bildirib.

“Entoni Blinkenlə danışdım. ABŞ Rusiyanın Kaxovka su elektrik stansiyasında yaratdığı fəlakəti aradan qaldırmaqda bizə kömək edir. Biz hərbi yardıma da xüsusi diqqət yetirmişik. ABŞ daha çox silah və sursat tədarükü üçün səylərini davam etdirəcək. Biz həmçinin NATO-nun Vilnüs sammitinin gözlənilən nəticəsini müzakirə etdik”, – Kuleba qeyd edib.

Son xəbərlər

Orphus sistemi