Bişkekin meri koronavirusa yoluxub

Bişkekin meri koronavirusa yoluxub Qırğız Respublikasının paytaxtı Bişkek şəhərinin meri Aziz Surakmatov koronavirusa yoluxub.
Region
20 İyun , 2020 10:32
Bişkekin meri koronavirusa yoluxub

Qırğız Respublikasının paytaxtı Bişkek şəhərinin meri Aziz Surakmatov koronavirusa yoluxub.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bunu Bişkek meriyasının aparat rəhbəri Balbak Tulobayev bildirib.

“Merin birinci analizinin nəticəsi müsbət oldu”, - o qeyd edib.

B.Tulobayevin sözlərinə görə, A.Surakmatov özünü təcrid şəraitindədir: “Merin hərarəti yüksək olsa da, vəziyyəti qənaətbəxşdir”.

Qeyd edək ki, 48 yaşlı A.Surakmatov 2018-ci ildən Bişkekin meri vəzifəsində işləyir.

Xatırladaq ki, Qırğız Respublikasında koronavirusa 2 981 nəfər yoluxub, 35 nəfər isə infeksiyanın qurbanı olub.

Son xəbərlər

Orphus sistemi