Bişkekdə yük təyyarəsinin düşdüyü binanın dağıntıları altından 11 nəfər xilas edilib

Bişkekdə yük təyyarəsinin düşdüyü binanın dağıntıları altından 11 nəfər xilas edilib Hadisə yerindən 31 nəfərin meyiti və insan bədəninə aid 9 hissə aşkar edilib
Region
16 Yanvar , 2017 12:10
Bişkekdə yük təyyarəsinin düşdüyü binanın dağıntıları altından 11 nəfər xilas edilib

Bakı. 16 yanvar. REPORT.AZ/ Qırğız Respublikasının paytaxtı Bişkek şəhərinin Manas beynəlxalq hava limanı yaxınlığında qəzaya uğrayan yük təyyarəsinin düşdüyü binanın dağıntıları altından 11 nəfər sağ çıxarılıb.

“Report” Qırğız KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyinin nümayəndəsi Yelena Bayalinova bildirib.

Onun sözlərinə görə, hadisə yerindən 31 nəfərin meyiti və insan bədəninə aid 9 hissə aşkar edilib.

Qeyd edək ki, səhər saatlarında Honk-Konq- Bişkek-İstanbul marşrtu üzrə uçan yük təyyarəsi qəzaya uğrayaraq, yaşayış binasının üzərinə düşüb. Nəticədə 37 nəfər ölüb.

Məlumata görə, təyyarə düşən kəndin rəsmi adı Daça-Suudur. 1986-cı ildə orada “Aeroflot” adlı bağ evləri tikilib. Hazırda kənddə 265 ailə yaşayır. Ümumilikdə Daça-Suuda 425 bağ yeri var. Xəbərdə bildirilib ki, kənd “Manas” hava limanının qərbində yerləşir. 

Son xəbərlər

Orphus sistemi