Bakı. 14 fevral. REPORT.AZ/ Çin hökumətinin “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində növbəti forum aprelin 26-27-də Pekində keçiriləcək.
“Report” TASS-a istinadən xəbər verir ki, budəfəki forumun baş qonağı Rusiya Prezidenti Vladimir Putin olacaq.
Bu barədə jurnalistlərə Rusiyanın Çindəki səfiri Andrey Denisov məlumat verib. O, iki ölkə arasında 2018-ci ildəki diplomatik əməkdaşlığın böyük təəssürat oyandırdığını qeyd edib.