Binəli Yıldırım: "Dövlət çevrilişi cəhdindən sonra Türkiyədə 13 min nəfər saxlanılıb"

Binəli Yıldırım: "Dövlət çevrilişi cəhdindən sonra Türkiyədə 13 min nəfər saxlanılıb" Bunlardan 1 329-u polis, 8 min 831-i əsgərdir, əsgərlər içərisində də 163 general və admiral var
Region
24 İyul , 2016 00:21
Binəli Yıldırım: Dövlət çevrilişi cəhdindən sonra Türkiyədə 13 min nəfər saxlanılıb

Bakı. 23 iyul. REPORT.AZ/ Türkiyədə iyulun 16-na keçən gecə baş vermiş dövlət çevrilişinə cəhddən sonra bu günədək 13 min nəfər saxlanılıb.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin baş naziri Binəli Yıldırım məlumat verib.

"Bu gün saat 14.00 etibarilə rəqəmlər belədir: İstanbulda 3 min 879, Ankarada 2 min 734, İzmirdə 197, digər rayonlarımızda 6 min 192 olmaqla saxlanılanların sayı 13 min 2 nəfərdir. Bunlardan 1 329-u polis, 8 min 831-i əsgər, əsgərlər içərisində də general, admiral 163, zabit 2 min 329, çavuş və digərləri də 6 min 339 nəfərdir. Hakim və prokuror 2 min 100, mülki idarə müdiri 52, mülki 689-dur. 13 minin 5 min 837 nəfəri həbs olunub. Bunların da 436-sı polis, 3 min 718-i əsgər, onların içində 123-ü general, 1009-u zabit və 2 min 586-sı da çavuş, sıravi və yefreyrotdur. Məhbuslardan 1559-u hakim və prokuror, 31-i mülki idarə müdiri, 93 nəfəri mülki vətəndaşdır", - deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi