Bidzina İvanişvili Gürcüstanın keçmiş baş nazirini siyasi cinayətdə ittiham edib

Bidzina İvanişvili Gürcüstanın keçmiş baş nazirini siyasi cinayətdə ittiham edib Gürcüstanın keçmiş baş naziri, hakim Gürcü Arzusu Partiyasının sabiq sədri Bidznia İvanişvili bəyanat yayıb.
Region
7 İyun , 2021 11:11
Bidzina İvanişvili Gürcüstanın keçmiş baş nazirini siyasi cinayətdə ittiham edib
Bidzina İvanişvili

Gürcüstanın keçmiş baş naziri, hakim Gürcü Arzusu Partiyasının sabiq sədri Bidznia İvanişvili bəyanat yayıb.

“Report”un yerli bürosu xəbər verir ki, o, ölkənin keçmiş hökumət başçısı Giorgi Qaxariyanın partiya yaratmasına münasibət bildirib.

B.İvanişvilinin sözlərinə görə, partiyanın onun siyasi layihəsi olması ilə bağlı həqiqətəuyğun olmayan informasiyalar yayılır: “İctimaiyyətə yaxşı məlumdur ki, satelit psevdopartiyaların yaradılması artıq uzun illədir ki, Gürcüstanda təcrübəyə çevrilib. Lakin bu, heç vaxt mənim dəsti xəttim olmayıb. 2011-ci ildə siyasəti tərk etməyimdən sonra mən heç bir psevdopartiya yarada bilməzdim”.

O qeyd edib ki, psevdopartiyanın yaradılması düzgün deyil və G.Qaxariya ilə siyasi əməkdaşlığlı tamamailə qəbuledilməzdir.

B.İvanişvili G.Qaxariyanın fevral ayında istefa verməsini komandasına xəyanət kimi qiymətləndirib: “Bu, onun hökumətə birbaşa xəyanəti oldu. Yüksək rütbəli bir məmur qanunun aliliyinə zidd olursa və bu bəhanə ilə vəzifəsini tərk edirsə, bundan daha böyük bir siyasi cinayət təsəvvür etmək çətindir. Bütün bunlar məni çox məyus etdi”.

Son xəbərlər

Orphus sistemi