Bidzina İvanişvili: "Gürcüstanda prezident seçkilərinin ikinci turunun keçirilməsi ehtimalı azdır" - FOTO

Bidzina İvanişvili: "Gürcüstanda prezident seçkilərinin ikinci turunun keçirilməsi ehtimalı azdır" - FOTO Bakı. 28 oktyabr. REPORT.AZ/ Gürcü Arzusu - Demokratik Gürcüstan Partiyasının sədri Bidzina İvanişvili hesab edir ki, prezident seçkilərində ikinci turun olma ehtimalı çox aşağıdır.
Region
28 Oktyabr , 2018 15:20
Bidzina İvanişvili: Gürcüstanda prezident seçkilərinin ikinci turunun keçirilməsi ehtimalı azdır - FOTO

Bakı. 28 oktyabr. REPORT.AZ/ Gürcü Arzusu - Demokratik Gürcüstan Partiyasının sədri Bidzina İvanişvili hesab edir ki, prezident seçkilərində ikinci turun olma ehtimalı çox aşağıdır.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu barədə B.İvanişvili prezident seçkilərində səs verdiyi Tbilisidəki Mtatsminda rayonunun 4 saylı seçki məntəqəsində bildirib.

"Gürcüstanın Avropa seçimi üçün səs verdim. İkinci turun olma ehtimalı çox aşağıdır, amma belə ehtimal var. İkinci tur olarsa, heç bir sual işarəsi olmayacaq, 100% Salome Zurabişvili qalib gələcək", - deyə B.İvanişvili söyləyib.

Son xəbərlər

Orphus sistemi