Beynəlxalq müşahidəçilər Ermənistanda seçicilərə rüşvət verilməsi və hədə-qorxu gəlinməsi faktlarının qeydə alındığını bildiriblər

Beynəlxalq müşahidəçilər Ermənistanda seçicilərə rüşvət verilməsi və hədə-qorxu gəlinməsi faktlarının qeydə alındığını bildiriblər "Beynəlxalq QHT-lərin seçkiləri müşahidə etməsinə icazə verilməyib və bu, ATƏT qarşısında götürülən öhdəliklərə ziddir"
Region
3 Aprel , 2017 15:25
Beynəlxalq müşahidəçilər Ermənistanda seçicilərə rüşvət verilməsi və hədə-qorxu gəlinməsi faktlarının qeydə alındığını bildiriblər
Courtesy İmage

Bakı. 3 aprel. REPORT.AZ/ "Ermənistanda parlament seçkiləri səslərin alınması, məmurlara və özəl şirkətlərin əməkdaşlarına təzyiq göstərilməsi barədə etibarlı məlumatlarla ləkələnib".

"Report" xəbər verir ki, bu barədə beynəlxalq müşahidəçilərin bu gün nəşr edilən ilkin bəyanatında deyilir.

Qeyd edək ki, müşahidəçi missiyasının tərkibinə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun, Avropa Şurasının Parlament Assambleyasının və Avropa Parlamentinin nümayəndələri daxil olub.

Bəyanatda vurğulanıb ki, seçki günü ümumilikdə sakit keçsə də, müşahidəçilər baş çəkdikləri bəzi seçki məntəqələrində seçicilərin gərgin və narahat olduğunu görüblər.

Həmçinin Ermənistan MSK-nın seçkilər üçün ümumilikdə 20 021 ictimai müşahidəçi qeydiyyata keçirdiyini açıqlamasına baxmayaraq, seçki günündə hökumətin ictimai müşahidəçi və KİV nümayəndələrini seçmə üsulla azaltdığı bildirilib. 

"Beynəlxalq QHT-lərin seçkiləri müşahidə etməsinə icazə verilməyib və bu, ATƏT qarşısında götürülən öhdəliklərə ziddir", - bəyanatda deyilir.

Son xəbərlər

Orphus sistemi