İsrailin Baş naziri son bir ayda ikinci dəfə Rusiyaya səfər edəcək

İsrailin Baş naziri son bir ayda ikinci dəfə Rusiyaya səfər edəcək İsrailin Baş naziri Benyamin Netanyahu son bir ayda ikinci dəfə Rusiyaya səfər edəcək.
Region
2 Aprel , 2019 13:34
İsrailin Baş naziri son bir ayda ikinci dəfə Rusiyaya səfər edəcək

İsrailin Baş naziri Benyamin Netanyahu son bir ayda ikinci dəfə Rusiyaya səfər edəcək. 

“Report” “News.ru”ya istinadən xəbər verir ki, məlumatı Baş nazirin Administrasiyası yayıb. 

Hökumət başçısı aprelin 4-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

V.Putin və B.Netanyahu hərbi sahə üzrə təmaslar da daxil olmaqla ikitərəfli əməkdaşlığa dair aktual məsələləri, eləcə də Yaxın Şərq bölgəsindəki vəziyyəti müzakirə edəcəklər.

İsrail hökumət başçısının Administrasiyası belə təcili görüşün keçirilməsi və onun əvvəlcədən elan edilməməsinə aydınlıq gətirməyib.

Qeyd edək ki, B.Netanyahu bu ilin fevralın 27-də Moskvada səfərdə olub və V.Putinlə görüşüb.

Xatırladaq ki, Rusiya Suriyada Bəşşar Əsəd rejiminə dəstək verməyə başlayandan, yəni 2015-ci ilin sentyabrından B.Netanyahu ilə V.Putin arasında 11 dəfə görüş olub. 

Son xəbərlər

Orphus sistemi