Belqorod vilayətinin rəhbərliyi regionun mərkəzindən atəşlər səbəbindən şəhəri tərk etmək istəyən sakinləri çıxarmağa hazırdır.
“Report” xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov
“Sosial şəbəkələrdə bir neçə müraciət görürəm: “Qorxuruq, təhlükəsiz yerə getməyimizə kömək edin”. Əlbəttə, yardım edəcəyik! Artıq bir neçə ailə köçürülüb. Biz özümüzdən asılı olan hər şeyi edirik”, – Qladkov bildirib.
O əlavə edib ki, başçılıq etdiyi regionda müvəqqəti yerləşdirmə məntəqələrində yer sayı yetərli deyil. Bu səbəbdən o, yardım üçün digər regionlardakı həmkarlarına üz tutmalı olacağını açıqlayıb.
Xatırladaq ki, dekabrın 30-da Ukrayna Silahlı Qüvvələri Belqorod şəhərinin mərkəzini atəşə tutub. Nəticədə 24 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Bundan öncə Rusiya hərbçiləri Ukraynanın müxtəlif regionlarına raket və kamikadze dronları vasitəsilə kütləvi hücumlar gerçəkləşdirib.