Belarusda koronavirusa yoluxanların sayı artdı

Belarusda koronavirusa yoluxanların sayı artdı Belarusda koronavirusa yoluxanların ümumi sayı 51 nəfərə çatıb.
Region
18 Mart , 2020 13:33
Belarusda koronavirusa yoluxanların sayı artdı
RFİ

Belarusda koronavirusa yoluxanların ümumi sayı 51 nəfərə çatıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Belarusun Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, martın 18-i saat 8-də koronavirusa daha 9 nəfərin yoluxduğu qeydə alınıb. Məlumata görə, 37 pasiyent müsbət laboratoriya testi ilə nəzarət altına alınıb. 

Nazirlik 5 pasiyentin sağaldığını da bildirib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 167 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 199 475-ə çatıb. Bunların 82 802 nəfəri sağalıb, 8009 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib

Son xəbərlər

Orphus sistemi