Belarusda hakimiyyətin ötürülməsinin koordinasiya şurası yaradıldı

Belarusda hakimiyyətin ötürülməsinin koordinasiya şurası yaradıldı “Bu şuraya bütün vətəndaş cəmiyyətləri, hörmətli və tanınmış belaruslar və öz işinin peşəkarları daxil ola bilər”, - müraciətdə qeyd olunub
Region
1073
14 Avqust , 2020 17:35
Belarusda hakimiyyətin ötürülməsinin koordinasiya şurası yaradıldı
Svetlana Tixanovskaya

Belarusda keçirilən son prezident seçkilərində A.Lukaşenkonun əsas rəqibi olan Svetlana Tixanovskaya hakimiyyətin ötürülməsinin koordinasiya şurasını yaratdığını elan edib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumat S.Tixanovskayanın seçki qərargahının “Telegram” kanalında yer alıb.

“Bu şuraya bütün vətəndaş cəmiyyətləri, hörmətli və tanınmış belaruslar və öz işinin peşəkarları daxil ola bilər”, - müraciətdə qeyd olunub.

S.Tixanovskaya bu işi müvəkkili Olqa Kovalkova və vəkil Maksim Znaka həvalə edib.

Orphus sistemi