Belarusda bir gündə minə yaxın koronavirusa yoluxma qeydə alındı

Belarusda bir gündə minə yaxın koronavirusa yoluxma qeydə alındı Belarusda son sutkada 973 koronavirusa yoluxma halı qeydə alınıb.
Region
29 aprel 2020 13:19
Belarusda bir gündə minə yaxın koronavirusa yoluxma qeydə alındı

Belarusda son sutkada 973 koronavirusa yoluxma halı qeydə alınıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, Belarusda infeksiya daşıyıcılarının ümumi sayı 13 181-ə çatıb. Son sutkada 5 nəfər pandemiyanın qurbanı olub. Ölkə üzrə ölənlərin sayı 84-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 160 000-i ötüb. Bunların 974 672 nəfəri sağalıb, 219 258 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi