Belarusda “Azadlıq Radiosu”nun sosial şəbəkə hesablarını izləyənlər cəzalandırılacaq

Belarusda “Azadlıq Radiosu”nun sosial şəbəkə hesablarını izləyənlər cəzalandırılacaq Həmin hesablara abunə olan internet istifadəçiləri qanun tərəfindən təqib olunacaqlar
Region
168
3 Dekabr , 2021 16:34
Belarusda “Azadlıq Radiosu”nun sosial şəbəkə hesablarını izləyənlər cəzalandırılacaq

Belarusun paytaxtı Minskin Sentralnı rayon məhkəməsi ölkənin ən çox oxunan informasiya resurslarından biri olan “Azadlıq Radiosu”nun Belarus xidmətinin teleqram kanalını, eləcə də nəşrin digər sosial şəbəkə hesabını, o cümlədən yutub kanalının informasiya məhsullarını “ekstremist materiallar” elan edib.

“Report” xəbər verir ki, bu barədə nəşrin özü məlumat yayıb.

Bildirilib ki, həmin hesablara abunə olan internet istifadəçiləri qanun tərəfindən təqib olunacaqlar.

Qeyd edək ki, Belarusda 300-ə yaxın internet resursu “ekstremist” kimi tanınır. Noyabrda “Belsat” telekanalı və “BelaPAN” xəbər agentliyi “ekstremist birləşmə” kimi tanınıb, noyabrın 23-də “Naşa Niva” nəşrinin teleqram kanalı və sosial şəbəkə hesabları “ekstremist materiallar” siyahısına əlavə edilib.

Son xəbərlər

Orphus sistemi