Belarusda koronavirusa son sutkada daha 952 yoluxma hadisəsi qeydə alınıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Respublikanın Səhiyyə Nazirliyi yayıb.
Bildirilib ki, son sutkada koronavirusdan daha 4 pasiyent ölüb.
Ölkə üzrə yoluxanların ümumi sayı 25 825-ə, ölənlərin sayı isə 146-ya çatıb. 7 711 pasiyent sağalıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4,3 milyonu ötüb. Bunların 1,6 milyon nəfərdən çoxu sağalıb, 293 mindən çoxu isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.