Belarusa yola düşəcək Rusiya nümayəndə heyətinin tərkibi açıqlanıb

Belarusa yola düşəcək Rusiya nümayəndə heyətinin tərkibi açıqlanıb Səfər sentyabrın 3-də reallaşacaq.
Region
3 Sentyabr , 2020 12:37
Belarusa yola düşəcək Rusiya nümayəndə heyətinin tərkibi açıqlanıb

Belarusa yola düşəcək Rusiyanın baş naziri Mixail Mişustinin başçılıq etdiyi nümayəndə heyəti tərkibi açıqlanıb.

“Report” xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.

Bildirilib ki, Mixail Mişustini müavinləri Dmitri ÇernışekoAleksey Overçuk, Rusiyanın energetika naziri Aleksandr Novak, səhiyyə naziri Mixail Muraşko, sənaye ticarət naziri Deins Manturov, idman naziri Mixail Matısın, mədəniyyət naziri Olqa Lyubimova, hökumət aparatı rəhbərinin müavini Elmir Tahirov müşayiət edir.

Məlumata görə, Rusiyanın rəsmi nümayəndə heyəti Belarusdakı vəziyyəti rəsmi Minsklə müzakirə edəcək. Səfər sentyabrın 3-də reallaşacaq.

Son xəbərlər

Orphus sistemi