Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, o, Rusiyanın milli neft şirkəti "Rosneft"lə yeni əməkdaşlıq haqqında razılaşmaya ümid edir.
“Report” “Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu dövlət başçısı şirkətin rəhbəri İqor Seçinlə görüşdə söyləyib.
İ.Seçin isə, öz növbəsində, konstruktiv danışıqlara hazır olduğunu bildirib.
Xatırladaq ki, Rusiyanın neft şirkətləri bu ilin əvvəlindən Belarusa neft tədarükünü dayandırıb. Buna səbəb "Belneftxim" şirkəti ilə razılıq əldə olunmamasıdır.