​Belarus prezidenti Moskvada keçiriləcək paradda iştirak etməyəcək

​Belarus prezidenti Moskvada keçiriləcək paradda iştirak etməyəcək Prezident mayın 9-da Minskdə olacaq
Region
18 Aprel , 2015 18:03
​Belarus prezidenti Moskvada keçiriləcək paradda iştirak etməyəcək

Bakı. 18 aprel. REPORT.AZ/ Belarus prezidenti Aleksandr Lukaşenko bu il mayın 9-da Moskvada keçiriləcək Qələbə paradında iştirak etməyəcək.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Belarus prezidenti özü jurnalistlərə açıqlamasında bildirib.

Belə ki, prezident mayın 9-da Minskdə olacaq. "9 mayda Minskdə də Moskvadakı kimi parad keçiriləcək", - o, vurğulayıb.

Lukaşenko qeyd edib ki, Minskdəki paradı Belarusun Ali Baş Komandanından (Belarusun Ali Baş Komandanı A.Lukaşenkodur - "Report") başqa kimsə qəbul edə bilməz.

Onun sözlərinə görə, mayın 7-8-də Belarusun nümayəndə heyəti Moskvaya səfər edə bilər.

Mayın 8-də Moskvada MDB, Avrasiya İqtsadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bir sıra tədbirləri olacaq.

O, bu tədbirlərdə iştirakını vacib sayaraq, bildirib: "Bununla belə, mən mayın 8-də gecə də olsa mayın 9-da keçiriləcək paradı qəbul etmək üçün evə qayıdacağam".

Son xəbərlər

Orphus sistemi