Bakı. 12 aprel. REPORT.AZ/ Belarus Prezidenti Aleksandr Lukaşenko Avrasiya İqtisadi Birliyinin Gömrük Məcəlləsini imzalayıb.
"Report" BELTA-ya istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Natalya Eysmont məlumat verib.
Avrasiya İqtisadi Birliyinin Gömrük Məcəlləsi 2009-cu ildə qəbul edilmiş Gömrük İttifaqının Gömrük Məcəlləsini əvəz edəcək. Sənəd Avrasiya İqtisadi Birliyi çərçivəsində vahid gömrük tənzimlənməsinə keçid üçün zəruri əsası qoymaq üçün nəzərdə tutulub. AİB-nin Gömrük Məcəlləsinin 1 iyul 2017-ci il tarixdən qüvvəyə minəcəyi güman edilir.
Qeyd edək ki, Gömrük İttifaqına Rusiya, Qırğızıstan, Qazaxıstan, Belarus və Ermənistan daxildir.