BƏƏ-də 11 telekanala Türkiyə seriallarını yayımlamağa qadağa qoyulub

BƏƏ-də 11 telekanala Türkiyə seriallarını yayımlamağa qadağa qoyulub Bakı. 5 mart. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) mərkəzi Dubayda yerləşən ”Orta Şərq Yayım Mərkəzi” (MBC) 11 telekanala Türkiyə istehsalı olan serialları nümayiş etdirməyə qadağa qoyub.
Region
5 Mart , 2018 20:23
BƏƏ-də 11 telekanala Türkiyə seriallarını yayımlamağa qadağa qoyulub

Bakı. 5 mart. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) mərkəzi Dubayda yerləşən ”Orta Şərq Yayım Mərkəzi” (MBC) 11 telekanala Türkiyə istehsalı olan serialları nümayiş etdirməyə qadağa qoyub.

“Report” “Ulusalkanal”a istinadən xəbər verir ki, Mərkəzin sözçüsü Mazen Hayek məlumatı təsdiqləyib. 

Bununla yanaşı, o daha “güclü ərəb serialı çəkəcəklərini” də vurğulayıb.

Bildirilib ki, Mərkəz bütün telekanallara bu barədə təlimat göndərib.

MBC 1991-ci ildə Londondan peyk vasitəsilə ərəb dilində yayımlanan ilk xüsusi telekanaldır. 2002-ci ildə baş ofisi Dubaya köçürülən Mərkəzin hazırda 11 kanalı fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi