Batumidə yaşayış evində çökmə olub, ölən və yaralananlar var

Batumidə yaşayış evində çökmə olub, ölən və yaralananlar var 3 nəfər dağıntılar altında qalıb
Region
159
7 Aprel , 2021 15:54
Batumidə yaşayış evində çökmə olub, ölən və yaralananlar var

Gürcüstanın Batumi şəhərində tikilməkdə olan fərdi yaşayış evində çökmə baş verib.

“Report”un yerli bürosu xəbər verir ki, nəticədə 3 nəfər dağıntılar altında qalıb.

Xilasedicilər onlardan birinin cəsədini tapıb. Digər 2 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar.

Qəzanın səbəbi hələ ki, məlum deyil.

Son xəbərlər

Orphus sistemi