Batumidə meyitləri aşkarlanan əcnəbilərdən biri Türkiyə vətəndaşıdır - YENİLƏNİB

Batumidə meyitləri aşkarlanan əcnəbilərdən biri Türkiyə vətəndaşıdır - YENİLƏNİB Gürcüstanın Batumi şəhərində Kobaladze küçəsində iki nəfərin meyiti aşkar olunub.
Region
303
14 May , 2021 11:50
Batumidə meyitləri aşkarlanan əcnəbilərdən biri Türkiyə vətəndaşıdır - YENİLƏNİB

Batumidə meyitləri aşkarlanan əcnəbilərdən biri Türkiyə vətəndaşıdır.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə yerli mətbuat yazıb.

Həmin şəxsin Özbəkistan vətəndaşı olan qadını qətlə yetirməsindən sonra intihar etdiyi bildirilir.

Türkiyə vətəndaşının meyiti ekspertizaya göndərilib.

Faktla bağlı Cinayət Məcəlləsinin intihar maddəsi üzrə cinayət işi açılıb.

09:50

Gürcüstanın Batumi şəhərində Kobaladze küçəsində iki nəfərin meyiti aşkar olunub.

“Report”un yerli bürosu xəbər verir ki, onlardan biri kişi, digəri qadındır.

Hər iki şəxsin xarici ölkə vətəndaşı olduğu bildirilir.

Yerli sakinlərin sözlərinə görə, kişi özünü 19-cu mərtəbədən atıb, qadının meyiti isə mənzildə tapılıb.

Hadisə yerinə ekspert-kriminalistlər cəlb olunub, istintaq tədbirləri aparılır.

Son xəbərlər

Orphus sistemi