Batumidə etiraz aksiyasının 3 iştirakçısı saxlanılıb

Batumidə etiraz aksiyasının 3 iştirakçısı saxlanılıb Bakı. 12 may. REPORT.AZ/ Gürcüstanın Batumi şəhərində keçirilən etiraz aksiyasının 3 iştirakçısı saxlanılıb.
Region
12 May , 2018 22:17
Batumidə etiraz aksiyasının 3 iştirakçısı saxlanılıb

Bakı. 12 may. REPORT.AZ/ Gürcüstanın Batumi şəhərində keçirilən etiraz aksiyasının 3 iştirakçısı saxlanılıb.

"Report" Gürcüstan mətbuatına istinadən xəbər verir ki, onlarla etirazçı Batuminin mərkəzindəki "Avropa Meydanı"nda toplaşıblar.

Onlar "Ağ səs" ictimai hərəkatına dəstək ifadə ediblər. Etirazçıların polisə qarşı müqavimət göstərdiklərinə və kiçik dələduzluğa görə Memed Abaşidze prospektində saxlanıldıqları bildirilir. Onlar bir qədər sonra sərbəst buraxılıblar.

Qeyd edək ki, aksiyaçılar Tbilisidə gecə klubunda keçirilən xüsusi əməliyyata etiraz edirlər.

Son xəbərlər

Orphus sistemi