Baş redaktor: “Russia Today” telekanalı ABŞ-da yayımını dayandıra bilər”

Baş redaktor: “Russia Today” telekanalı ABŞ-da yayımını dayandıra bilər” “ABŞ-da “Russia Today”in xarici agent kimi qeydiyyatdan keçirilməsini tələb edirlər”
Region
2 Oktyabr , 2017 20:44
Baş redaktor: “Russia Today” telekanalı ABŞ-da yayımını dayandıra bilər”
Sputnik

Bakı. 2 oktyabr. REPORT.AZ/ “Rusiyanın “Russia Today” telekanalı ABŞ-da yayımını dayandıra bilər”.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu telekanalın baş redaktoru Marqarita Simonyan bildirib.

Onun sözlərinə görə, ABŞ-da “Russia Today”in xarici agent kimi qeydiyyatdan keçirilməsini tələb edirlər: “Bu isə, öz növbəsində, televiziyanın səlahiyyətlərinin ixtisar olunması deməkdir”.

M.Simonyan bildirib ki, bir neçə il əvvəl Rusiyada oxşar qanun qəbul edilib. Həmin qanuna əsasən, ölkə xaricindən maliyyələşən təşkilatlar xarici agent kimi qeydiyyatdan keçməli idi. Bu qanunun qüvvəyə minməsi nəticəsində çoxlu sayda qeyri-hökumət təşkilatı, fondlar bağlandı.

Məlumata görə, “Russia Today” Rusiyanın təbliğat kanalıdır. Rusiyanın təbliğatının qarşısını almaq üçün başqa dövlətlərin də ABŞ-dan nümunə götürərək oxşar addım atacaqları istisna deyil.

Son xəbərlər

Orphus sistemi