Baş Qərargah: "Rusiya Kiyevi ələ keçirmək niyyətindən əl çəkmir"

Baş Qərargah: "Rusiya Kiyevi ələ keçirmək niyyətindən əl çəkmir" “Düşmən çoxsaylı canlı qüvvə itirməsinə baxmayaraq, Kiyevə nəzarəti ələ keçirməyə çalışır”.
Region
28 Fevral , 2022 16:22
Baş Qərargah: Rusiya Kiyevi ələ keçirmək niyyətindən əl çəkmir

“Rusiya çoxsaylı canlı qüvvə itirməsinə baxmayaraq, Kiyevə nəzarəti ələ keçirməyə çalışır”.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı feysbuk səhifəsində məlumat yayıb.

Məlumata görə, Rusiya hərbçiləri yenidən qruplaşaraq Çerniqov-Kiyev istiqamətində hücuma keçməyə çalışır.

“Çoxsaylı itkiyə və ayrı-ayrı istiqamətlərdə hücum tempinin azalmasına baxmayaraq, düşmən əsas hədəfindən - Kiyevi nəzarət altına almaq istəyindən geri çəkilmir. Paytaxtın müdafiə gücləri düşmənə qarşı müqavimət göstərir”, - deyə məlumatda qeyd olunub.

Bildirilib ki, Xomutovka, Qluxov və Baturin rayonlarında üç taktiki tabor dayandırılıb.

Son xəbərlər

Orphus sistemi