“Gürcüstanda koronavirusun yayılmasının pik həddinin nə zaman olacağını dəqiq proqnoz etmək mümkün deyil”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin baş naziri Giorgi Qaxaria bildirib.
Onun sözlərinə görə, bu virusla yaşamağa və işləməyə alışmaq lazımdır: “Əlbəttə ki, bu, gündəlik həyatımızı dəyişdirəcək. Lakin bu, iqtisadiyyatımızın mümkün qədər tez bərpası üçün yeganə vasitədir”.