Baş nazir: “Gürcüstanda epidemioloji vəziyyət sabitləşir”

Baş nazir: “Gürcüstanda epidemioloji vəziyyət sabitləşir” “Gürcüstanda epidemioloji vəziyyət sabitləşməyə doğru gedir”.
Region
119
30 Avqust , 2021 11:27
Baş nazir: “Gürcüstanda epidemioloji vəziyyət sabitləşir”
İrakli Qaribaşvili
0 : 00
0 : 00

“Gürcüstanda epidemioloji vəziyyət sabitləşməyə doğru gedir”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili hökumətin iclasında deyib.

O, vəziyyətdən əsas çıxış yolunun vaksinasiya olduğunu bildirib:

“Biz hamını peyvənd vurdurmağa çağırmalıyıq. Əsas vəzifəmiz sentyabr ayının sonuna qədər vaksinasiyadan keçən vətəndaşların sayının 2 milyon nəfərə çatdırmaqdır”.

Qeyd edək ki, hazırkı dövrədək qonşu ölkədə 1 164 402 nəfərə vaksin vurulub. Onların 780 948-i (27,3 %) bir doza, 383 454-ü (13,4 %) isə hər iki dozanı qəbul edib.

Son xəbərlər

Orphus sistemi