Baş nazir: “Gürcüstan regionda danışıqlar platformasına çevrilməyə hazırdır”

Baş nazir: “Gürcüstan regionda danışıqlar platformasına çevrilməyə hazırdır” “Gürcüstan gələcəkdə Azərbaycan və Ermənistan arasında dialoq prosesində fəal iştiraka hazırdır”.
Region
19 İyul , 2021 13:46
Baş nazir: “Gürcüstan regionda danışıqlar platformasına çevrilməyə hazırdır”
İrakli Qaribaşvili və Şarl Mişel

“Gürcüstan gələcəkdə Azərbaycan və Ermənistan arasında dialoq prosesində fəal iştiraka hazırdır”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Batumidə keçirdiyi görüşdə deyib.

O, bölgədə sülh və sabitliyin əldə olunması üçün Gürcüstanın danışıqlar platformasına çevrilməsinə hazırlığını təsdiqləyib.

Tərəflər Gürcüstanın Qafqazdakı müsbət rolunu müzakirə ediblər. Ş.Mişel Gürcüstan baş nazirinin Azərbaycan və Ermənistan arasında uğurlu vasitəçiliyini xüsusilə vurğulayıb.

Görüşdə Aİ-nin Qafqaz bölgəsində iştirakının önəmi, Gürcüstanda qarşıdan gələn yerli seçkilərə hazırlıq və digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi