Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bu ölkədə işgüzar səfərdə olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı qəbul edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın hökumət Administrasiyasından bildirilib.
Görüşdə iki ölkə arasında dost və mehriban qonşuluq münasibətləri vurğulanıb.
Tərəflər regiondakı vəziyyəti də müzakirə ediblər. İ.Qaribaşvilinin dialoq formatının yaradılması məqsədini daşıyan “Dinc Qonşuluq Siyasəti” təşəbbüsünə diqqət yönəldilib.
Qeyd olunub ki, Gürcüstan hər zaman Cənubi Qafqazda dinc əməkdaşlıq, birgə yaşayışı dəstəkləyib və regional dialoqa öz töhfəsini verməyə hazırdır.