Baş nazir: “Gürcüstan Aİ-yə üzvlüyə namizəd statusu almaq üçün fəal çalışacaq”

Baş nazir: “Gürcüstan Aİ-yə üzvlüyə namizəd statusu almaq üçün fəal çalışacaq” “Gürcüstan Avropa İttifaqına üzvlüyə namizəd statusu almaq üçün Avropa Komissiyasının tövsiyələri üzərində fəal iş aparacaq”.
Region
29 İyun , 2022 17:55
Baş nazir: “Gürcüstan Aİ-yə üzvlüyə namizəd statusu almaq üçün fəal çalışacaq”

“Gürcüstan Avropa İttifaqına üzvlüyə namizəd statusu almaq üçün Avropa Komissiyasının tövsiyələri üzərində fəal iş aparacaq”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Madriddə keçirdiyi görüşdə deyib.

O, Gürcüstana Avropa pesrpsektivinin təqdim edilməsinin tarixi qərar olduğunu vurğulayıb.

Baş nazirin sözlərinə görə, Avrointeqrasiya yalnız Gürcüstan hökumətinin deyil, gürcü xalqının da seçimidir. İ.Qaribaşvili Gürcüstanın Avropaya inteqrasiya yolunda Ş.Mişelin şəxsi səylərinə görə minnətdarlıq bildirib.

Görüşdə Ukraynada davam edən müharibəyə də toxunulub. İ.Qaribaşvili Gürcüstan hökuməti və xalqının Ukraynaya həmrəylik və dəstəyini bir daha təsdiqləyib.

Qeyd edək ki, iyunun 23-də Aİ Ukrayna və Moldovaya üzvlüyə namizəd statusu təqdim edib, Gürcüstanın Avropa perspektivi tanınıb və ölkəyə statusun prioritetlərin yerinə yetirilməsindən sonra veriləcəyi bildirilib. Avropa Komissiyası Tbilisiyə statusun alınması üçün 12 şərti yerinə yetirməyi tövsiyə edib.

Son xəbərlər

Orphus sistemi