Baş konsul: "Batumi otelində yanğın zamanı ölən və yaralananlar arasında azərbaycanlı yoxdur" - YENİLƏNİB

Baş konsul: "Batumi otelində yanğın zamanı ölən və yaralananlar arasında azərbaycanlı yoxdur" - YENİLƏNİB Azərbaycan konsulluğunun əməkdaşları hadisə yerindədirlər və yenə də vəziyyətlə maraqlanırlar
Region
118
24 Noyabr , 2017 23:30
Baş konsul: Batumi otelində yanğın zamanı ölən və yaralananlar arasında azərbaycanlı yoxdur - YENİLƏNİB

Tbilisi. 24 noyabr, REPORT.AZ/ "Batumidə “Leogrand” otelində baş verən yanğın nəticəsində 4 nəfər ölüb, 10-dan çox insan yaralanıb. Ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı və ya bu şəhərdə yaşayan soydaşımız yoxdur".

Bu sözləri “Report”un Gürcüstan bürosuna Azərbaycanın Batumidəki Baş konsulu Rəşad İsmayılov deyib.

Baş konsul bildirib ki, konsulluğun əməkdaşları hadisə yerindədirlər və yenə də vəziyyətlə maraqlanırlar.

Bir neçə saat əvvəl Batumidəki “Leogrand” otelində yanğın baş verib. Yanğının otelin mətbəxindən başladığı bildirilir.


***22:15

Tbilisi. 24 noyabr. REPORT.AZ/ Batumidə “Leogrand” otelində baş verən yanğında azərbaycanlıların xəsarət alıb-almadıqları araşdırılır.

Azərbaycanın Batumidəki Baş Konsulluğundan “Report”a bildiriblər ki, hazırda konsulluğun əməkdaşları hadisə yerindədirlər və vəziyyətlə maraqlanırlar.

Bir neçə saat əvvəl Batumidəki “Leogrand” otelində yanğın baş verib. Yanğının otelin mətbəxindən başladığı bildirilir. Qəza nəticəsində xəsarət alanlar var.

Oteldə olan “Miss Gürcüstan - 2017” müsabiqəsinin iştirakçılarından xəsarət alan olmayıb.

Otel sakinləri təxliyyə olunublar.

Son xəbərlər

Orphus sistemi