Baş katib: “NATO Gürcüstanın sahil mühafizəsinin inkişafına kömək göstərəcək”

Baş katib: “NATO Gürcüstanın sahil mühafizəsinin inkişafına kömək göstərəcək” Tbilisi. 3 dekabr. REPORT.AZ/ “NATO Gürcüstanın Qara dənizdəki Sahil Mühafizəsi Xidmətinin və Hərbi Dəniz Qüvvələrinin inkişafına kömək göstərəcək”.
Region
1299
3 Dekabr , 2018 16:30
Baş katib: “NATO Gürcüstanın sahil mühafizəsinin inkişafına kömək göstərəcək”

Tbilisi. 3 dekabr. REPORT.AZ/ “NATO Gürcüstanın Qara dənizdəki Sahil Mühafizəsi Xidmətinin və Hərbi Dəniz Qüvvələrinin inkişafına kömək göstərəcək”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq alyansın Şura iclası öncəsi keçirdiyi mətbuat konfransında deyib.

“Biz Gürcüstanla birgə onun Hərbi Dəniz Qüvvələrinin modernləşdirilməsi, həmçinin sahil mühafizəsinin gücləndirilməsi üzərində iş aparırıq”, - deyə o bildirib.

Baş katib qeyd edib ki, sabah NATO-nun tərəfdaşı olan Gürcüstan və Ukrayna nümayəndələri ilə görüş keçiriləcək: “Gürcüstan və Ukrayna Rusiya tərəfindən ciddi təhlükəsizlik çağırışları ilə üzləşirlər. Biz hər iki ölkəyə praktiki və siyasi dəstək verməkdə davam edəcəyik”. 

Son xəbərlər

Orphus sistemi