Baş epidemioloq: “Gürcüstanda epidemioloji vəziyyət pik həddə yaxınlaşır”

Baş epidemioloq: “Gürcüstanda epidemioloji vəziyyət pik həddə yaxınlaşır” O, Gürcüstan əhalisini bir daha bütün tövsiyələrə riayət etməyə çağırıb
Region
9 Aprel , 2021 13:31
Baş epidemioloq: “Gürcüstanda epidemioloji vəziyyət pik həddə yaxınlaşır”

“Gürcüstanda epidemioloji durum pisləşir, vəziyyət pik həddə yaxınlaşır”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze deyib.

Onun sözlərinə görə, buna səbəb müəyyən edilmiş qayda və tövsiyələrə əməl olunmamasıdır: “Bütün indikatorlar göstərir ki, ölkədə epidemioloji vəziyyət pisləşir. Son həftə ərzində demək olar hər gün 500-600 yoluxma halı qeydə alınır. Aktiv xəstə sayı da artır, səhiyyə sektorunun tədricən yüklənməsi müşahidə olunur”.

Baş epidemioloq Gürcüstan əhalisini bir daha bütün tövsiyələrə riayət etməyə çağırıb.

Son xəbərlər

Orphus sistemi