“Barış pınarı” çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı açıqlanıb

“Barış pınarı” çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı açıqlanıb Türkiyənin Suriyanın şimalında bu il oktyabrın 9-dan keçirdiyi “Barış pınarı” antiterror əməliyyatı çərçivəsində 145 kilometr uzunluğunda, 30 kilometr enində təhlükəsizlik bölgəsi təmin edilib.
Region
21 Noyabr , 2019 14:36
“Barış pınarı” çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı açıqlanıb

Türkiyənin Suriyanın şimalında bu il oktyabrın 9-dan keçirdiyi “Barış pınarı” antiterror əməliyyatı çərçivəsində 145 kilometr uzunluğunda, 30 kilometr enində təhlükəsizlik bölgəsi təmin edilib.

“Report” “İnternethaber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin Plan və büdcə komissiyasında Milli Müdafiə Nazirliyinin büdcəsinə dair müzakirələrdə iştirak edən nazir Hülusi Akar bildirib.

“Barış pınarı” əməliyyatı zamanı indiyədək 1200-dək terrorçunun zərərsizləşdirildiyini diqqətə çatdıran nazir 600-dək yaşayış məntəqəsinin yerləşdiyi 4300 kvadrat kilometrlik ərazini nəzarətə götürdüklərini, əməliyyat bölgəsinə şərqdən və qərbdən hücumların qeydə alındığını, bunların qarşısını almaq üçün Rusiya ilə danışıqlar apardıqlarını deyib.

“Türkiyə Silahlı Qüvvələri İŞİD terror qruplaşması ilə üz-üzə döyüşən yeganə ordu olaraq Suriyanın şimalında 3 mindən çox radikal İŞİD silahlısı zərərsizləşdirib”, - söyləyən nazir beynəlxalq sazişlərin qadağan etdiyi heç bir silah-sursat, yaxud kimyəvi silahlar tətbiq etmədiklərini vurğulayıb.

Xatırladaq ki, bu il oktyabrın 17-də Türkiyə ilə ABŞ arasında “Barış pınarı”nın dayandırılması və Suriyanın şimalındakı 30 kilometrlik bölgədən kürd silahlı dəstələrinin çıxarılmasına dair razılaşma əldə edilmişdi. Sonradan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-nın bu məsələyə dair öhdəliklərini tam yerinə yetirmədiyini, Türkiyə tərəfinin daha güzəştlərə hazır olmadığını açıqlamışdı.

Son xəbərlər

Orphus sistemi