BAEA: İranın nüvə silahları hazırlaması barədə etibarlı məlumata malik deyilik

BAEA: İranın nüvə silahları hazırlaması barədə etibarlı məlumata malik deyilik Bakı. 1 may. REPORT.AZ/ Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) əlində İranda 2009-cu ildən bəri nüvə silahlarının hazırlanması barədə etibarlı məlumatlar yoxdur.
Region
1 May , 2018 16:53
BAEA: İranın nüvə silahları hazırlaması barədə etibarlı məlumata malik deyilik

Bakı. 1 may. REPORT.AZ/ Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) əlində İranda 2009-cu ildən bəri nüvə silahlarının hazırlanması barədə etibarlı məlumatlar yoxdur.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Agentliyin adı açıqlanmayan nümayəndəsi bildirib.

BAEA nümayəndəsi həmçinin qeyd edib ki, Agentlik 2015-ci ilin dekabrında müvafiq hesabatın dərc olunmasından sonra bu məsələni bağlamış hesab edir.

Xatırladaq ki, dünən İsrailin baş naziri Binyamin Netanyahu telemüraciəti zamanı İsrail kəşfiyyatının Tehranın nüvə silahlarının inkişaf etdirilməsi planlarının mövcudluğu ilə əlaqədar məlumatlar əldə etdiyini söyləyib. Üstəlik, İsrail kəşfiyyatının məlumatına görə, İran hökuməti belə silahların hazırlanması proqramını istənilən an bərpa edə bilər.

Son xəbərlər

Orphus sistemi