Azərbaycanlıların yaşadığı bölgədən böyük torpaq sahəsi Gürcüstan Patriarxlığına bağışlanıb

Azərbaycanlıların yaşadığı bölgədən böyük torpaq sahəsi Gürcüstan Patriarxlığına bağışlanıb 2016-2018-ci illərdə Gürcüstan hökuməti Patriarxlığa ümumi sahəsi 801 308 kvadratmetr torpaq sahəsi təqdim edib.
Region
1 Aprel , 2019 16:55
Azərbaycanlıların yaşadığı bölgədən böyük torpaq sahəsi Gürcüstan Patriarxlığına bağışlanıb
0 : 00
0 : 00

2016-2018-ci illərdə Gürcüstan hökuməti Patriarxlığa ümumi sahəsi 801 308 kvadratmetr torpaq sahəsi təqdim edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanda fəaliyyət göstərən İnsan Hüquqlarının Tədris və Monitorinq Mərkəzinin (EMC) hesabatında bildirilib.

Dövlət Əmlakı Milli Agentliyinin məlumatlarına istinadla hazırlanmış sənəddən məlum olur ki, həmin torpaq sahələrinin 205 769 kvadratmetri azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli bölgəsinin payına düşüb.

Belə ki, 2016-cı ildə Tsalkada 156 517, 2017-ci ildə Marneulidə 10 151, Tetritskaroda 26 773 kvadrat metr, 2018-ci ildə isə Bolnisi rayonunda 12 328 kvadratmetr torpaq sahəsi Gürcüstan Patriarxlığına bağışlanb.

Hesabat dövründə ermənilərin sıx yaşadıqları Axalkalaki rayonunda Patriarxlığa bağışlanmış torpaq sahələrinin ümumi sahəsi isə 12 516 kvadratmetr təşkil edib.

Patriarxlığa daşınmaz əmlak ya simvolik olaraq 1 lariyə, ya da havayı olaraq verilir. Patriarxlığa torpaq sahələrinin hansı məqsədlə təqdim edildiyi bir qayda olaraq açıqlanmır. 

Son xəbərlər

Orphus sistemi