Azərbaycanlı yeniyetmə Tbilisi dənizində boğulub

Azərbaycanlı yeniyetmə Tbilisi dənizində boğulub Ötən gün Tbilisi dənizi adlandırılan su anbarında boğularaq ölən 2 yeniyetmədən birinin azərbaycanlı olduğu məlum olub.
Region
892
22 İyul , 2020 16:11
Azərbaycanlı yeniyetmə Tbilisi dənizində boğulub

Ötən gün Tbilisi dənizi adlandırılan su anbarında boğularaq ölən 2 yeniyetmədən birinin azərbaycanlı olduğu məlum olub.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, həmin şəxs Tbilisinin 96 saylı ictimai məktəbinin 10-cu sinif şagirdi Amit Hacıyevdir.

Məktəb rəhbərliyi şagirdin vəfatı ilə bağlı yaxınlarına başsağlığı verib.

Qeyd edək ki, su hövzəsində 2 yeniyetmənin itkin düşməsi barədə Gürcüstanın Fövqəladə Halların İdarə olunması Xidmətinə məlumat ötən gün axşam saatlarında daxil olub. Axtarış-xilasetmə əməliyyatına 5 dalğıc cəlb edilib.

Son xəbərlər

Orphus sistemi