Azərbaycanlı tələbələr Tbilisidə Xocalı soyqırımı ilə əlaqədar aksiya keçiriblər - FOTO

Azərbaycanlı tələbələr Tbilisidə Xocalı soyqırımı ilə əlaqədar aksiya keçiriblər - FOTO Gənclər yürüşboyu “Qarabağa azadlıq!” və “Xocalıya ədalət!” kimi şüarlar səsləndiriblər
Region
25 Fevral , 2018 12:27
Azərbaycanlı tələbələr Tbilisidə Xocalı soyqırımı ilə əlaqədar aksiya keçiriblər - FOTO

Tbilisi. 25 fevral. REPORT.AZ/ İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycanın Dostları Klubu və “Borçalı-İrəli” İctimai Birliyinin təşəbbüsü ilə Gürcüstanın paytaxtı Tbilisidə Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar yürüş-aksiya təşkil edilib.

"Report"un Gurcüstan bürosu xəbər verir ki, aksiya iştirakçıları Rustaveli metrostansiyasının qarşısından başlayaraq Gürcüstan parlamentinin Tbilisidəki binasınadək yürüş ediblər.

Əllərində Azərbaycan və Gürcüstan bayraqlarını tutmuş gənclər yürüşboyu “Qarabağa azadlıq!”, “Xocalıya ədalət!”, “Gürcüstanın və Azərbaycanın torpaqları azad olunsun!” kimi şüarlar səsləndiriblər.

Xocalı soyqırımının tanıdılması və təbliğatı üçün gürcü dilində çap etdirilən bukletlər yolboyu Tbilisi sakinlərinə və turistlərə paylanılıb. Yürüş parlamentin qarşısında Xocalı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi