Azərbaycanlı rəssam İstanbulun Ümraniyə Bələdiyyəsinin rəsm yarışının qalibi olub

Azərbaycanlı rəssam İstanbulun Ümraniyə Bələdiyyəsinin rəsm yarışının qalibi olub İstanbulun Ümraniyə Bələdiyyəsi tərəfindən 15-ci dəfədir təşkil olunan rəsm yarışının qalibi azərbaycanlı gənc rəssam Elçin Mustafayev olub.
Region
26 May , 2019 14:59
Azərbaycanlı rəssam İstanbulun Ümraniyə Bələdiyyəsinin rəsm yarışının qalibi olub
Foto: "Report"

İstanbulun Ümraniyə Bələdiyyəsi tərəfindən 15-ci dəfədir təşkil olunan rəsm yarışının qalibi azərbaycanlı gənc rəssam Elçin Mustafayev olub.

"Report"un Türkiyə bürosunun xəbərinə görə, “Yaşlılarımız" mövzusu ilə keçirilən rəsm yarışında 160 rəssamın əsərləri yağlı boya ilə çəkilmiş mübarizə aparıb. Ümraniyə bələdiyyəsinin rəhbəri Hasan Can yarışmada birincilik qazanan həmyerlimiz Elçin Mustafayevi diplomla mükafatlandırıb. Gənc rəssamın əsərini çox bəyəndiyini dilə gətirən bələdiyyə rəhbəri ona uğurlar diləyib.

E.Mustafayev "Report"a açıqlamasında bildirib ki, çəkdiyi rəsmlə günümüzün ən böyük problemini gündəmə gətirməyə çalışıb: “Metroda ayaq üstündə dayanan qocanın rəsmini çəkdim. Biz bu mənzərə ilə hər gün qarşılaşırıq. Xüsusilə İstanbulda gənclər metro stansiyalarında yaşlı insanlara əyləşmək üçün yer vermirlər. Düşünürəm ki, məsələni rəsmlərimizə daşıyaraq gənclərə mesaj verməliyik".

Qeyd edək ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu olan E.Mustafayev Türkiyənin Səlcuq Universitetində magisturatura təhsili alıb. O, hazırda İstanbulda, “Minyatür Art”da tarixi əsərlərin miniatür olaraq hazırlanması və boyanılması emalatxanasının baş rəssamıdır.

Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi