Azərbaycanlı namizəd Gürcüstanın hakim partiyasını seçicilərə təzyiq göstərməkdə ittiham edib

Azərbaycanlı namizəd Gürcüstanın hakim partiyasını seçicilərə təzyiq göstərməkdə ittiham edib “Hakim Gürcü Arzusu Partiyası Marneuli sakinlərinə təzyiq göstərir”.
Region
12 Aprel , 2019 16:55
Azərbaycanlı namizəd Gürcüstanın hakim partiyasını seçicilərə təzyiq göstərməkdə ittiham edib

“Hakim Gürcü Arzusu Partiyası Marneuli sakinlərinə təzyiq göstərir”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu müxalif Avropalı Gürcüstan Partiyasının Marneuli rayon icra başçısı vəzifəsinə namizədi Əhməd İmamquliyev jurnalistlərə bildirib.

O, mayın 19-da Marneulidə keçiriləcək seçkilərdə hakim partiyanın qələbə qazanması üçün heç bir şansının olmadığını deyib: “Hazırda Marneulidə seçicilərə təzyiqlər davam edir. Biz seçicilərin səslərini müdafiə etmək üçün əlimizdən gələni edəcəyik və qalib gələcəyik”.

Qeyd edək ki, azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda icra başçısı vəzifəsi uğrunda mübarizədə Ə.İmamquliyevlə yanaşı, müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Aqil Mustafayev və hakim Gürcü Arzusu Partiyasından Zaur Darğallı iştirak edəcəklər. Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının təsisçisi Əli Bədirovun da seçkilərə müstəqil namizəd kimi qatılacağı gözlənilir. 

Son xəbərlər

Orphus sistemi