Azərbaycanlı hakerlər Ermənistan hökumətinin 1 milyon dollarlıq sənədlərini internetə sızdırdı

Azərbaycanlı hakerlər Ermənistan hökumətinin 1 milyon dollarlıq sənədlərini internetə sızdırdı “Biz serverin sərt diskini günbəgün, ilbəil klonlamışıq"
Region
10929
3 Oktyabr , 2020 17:53
Azərbaycanlı hakerlər Ermənistan hökumətinin 1 milyon dollarlıq sənədlərini internetə sızdırdı

“Karabakh Hacking Team” və “AntiArmenia.Org”dan olan bir qrup azərbaycanlı haker Ermənistan hökumətinin “MulberryGroupware” v1 və v2 elektron sənəd dövriyyəsi sistemini sındırıb.

“Report” xəbər verir ki, bu barədə komandanın teleqram kanalında deyilir.

“Biz serverin sərt diskini günbəgün, ilbəil klonlamışıq. Nəticədə məlumat sızıntısı 50 TB-ı keçir. Odur ki, bizi izləyin və onların hamısını yükləmək imkanınız olacaq.

Layihənin ümumi dəyəri 916 244,81 avrodur (1 072 268,94 ABŞ dolları). Bu nə deməkdir? O deməkdir ki, Ermənistanın cinayətkar hökuməti qəsdən həvəskar “Vxsoft” şirkəti ilə işləyib və bu fürsətdən istifadə edib. Çox sağ olun, Ermənistan hökuməti!”, - mesajda deyilir.

Son xəbərlər

Orphus sistemi