Bakı. 21 yanvar. REPORT.AZ/ Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədov biznesmen və sabiq həyat yoldaşı Tatyana arasında mülkiyyətin bölünməsinə dair mübahisələrin həll edilməsi üçün İnterpola müraciət edib.
Bu barədə "Report" Britaniyanın "The Guardian" nəşrinə istinadən xəbər verir.
Qeyd edək ki, 2016-cı ildə London
Məhkəmə, öz növbəsində, boşanma sənədlərinin saxta olduğuna qərar verib.
F.Əhmədovun vəkilləri İnterpolun Rusiya bölməsinə müraciət etmək qərarına gəliblər və orada onların nikahlarının Moskva məhkəməsinin qərarı ilə həqiqətən ləğv olunduğu təsdiq edilib.
Bundan əlavə, qurumdan bildiriblər ki, F.Əhmədovun aktivlərinin qanunsuz həbsinə dair bəyanatı üzrə araşdırma aparılır. İş adamı iddia edir ki, bu sabiq həyat yoldaşının törətdiyi fırıldaqçılıq nəticəsində baş verib.