Azərbaycanın Gürcüstandakı səfiri Xocalı sakinləri ilə görüşüb

Azərbaycanın Gürcüstandakı səfiri Xocalı sakinləri ilə görüşüb Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Marneulidə yaşayan əslən Xocalıdan olan ailələrin üzvləri ilə görüşüb
Region
26 Fevral , 2021 14:06
Azərbaycanın Gürcüstandakı səfiri Xocalı sakinləri ilə görüşüb
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Marneulidə yaşayan əslən Xocalıdan olan ailələrin üzvləri ilə görüşüb.

“Report”un yerli bürosu xəbər verir ki, ehsan süfrəsi ətrafında keçirilən görüşdə Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Xocalı faciəsinin şahidi Zərifə Bayramova acı xatirələrini danışıb.
O, erməni silahlılarının Xocalı sakinlərinə və əsirlərə qarşı törətdikləri insanlığa sığmayan əməllərindən söz açıb. Z.Bayramova amansız vəhşilikləri sözlə ifadə erməkdə çətinlik çəkdiyini qeyd edib.
Digər Xocalı sakini Aqnet Çıldırlı 29 il bundan öncə Ağdamda gördüklərini dilə gətirib. O, yük maşınları ilə Ağdama gətirilən çoxsaylı yaralıların xəstəxanalara çatdırılmasına kömək etdiyini bildirib.
Onların sözlərinə görə, Azərbaycan işğal altında olan torpaqlarını azad etməklə Xocalı qurbanlarının qanları alınıb və ruhları rahatlıq tapıb. Onlar Azərbaycanın işğaldan azad olunan torpaqlara getməyi arzuladıqlarını bildiriblər.
Görüş iştirakçıları göstərilən diqqətə və ehtirama görə Azərbaycan səfirliyinə təşəkkür ediblər.
F.Quliyev Gürcüstanda yaşayan xocalılıların acı xatirələrinin toplanılması və dərc olunmasının nəzərdə tutulduğunu deyib. O, görüşdə iştirak edən gəncləri Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində daha fəal olmağa çağırıb.
Mərasimdən öncə Xocalıdan olan 5 ailəyə ərzaq yardımı edilib.
Heydər Əliyev Fondu və səfirliyin birgə təşəbbüsü ilə baş tutan görüşdə Marneuli merinin müavini Kənan Ömərov, merin köməkçisi Adil Əliyev, Gürcüstanda Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) İdarə Heyətinin sədri Nəriman Qurbanov da iştirak edib.

Son xəbərlər

Orphus sistemi