Azərbaycandan qayıdarkən yol qəzasına düşən Tbilisinin sabiq meri dünyasını dəyişib

Azərbaycandan qayıdarkən yol qəzasına düşən Tbilisinin sabiq meri dünyasını dəyişib Tbilisi. 6 fevral. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisi şəhərinin sabiq meri 61 yaşlı Vano Zodelava dünyasını dəyişib.
Region
6414
6 Fevral , 2019 11:04
Azərbaycandan qayıdarkən yol qəzasına düşən Tbilisinin sabiq meri dünyasını dəyişib
0 : 00
0 : 00

Tbilisi. 6 fevral. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisi şəhərinin sabiq meri 61 yaşlı Vano Zodelava dünyasını dəyişib.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, bunu onun ailəsinə yaxın şəxslər bildiriblər.

V.Zodelava 2017-ci iyulunda Azərbaycandan səfərdən qayıdan zaman taksidə olarkən Tbilisi yaxınlığında, Kvemo Poniçala ərazisində ağır yol qəzasına düşüb. Nəticədə taksi sürücüsü ölüb, V.Zodelava isə başından ciddi zədə alıb. O, koma vəziyyətində xəstəxanaya yerləşdirilib. Sabiq mer huşsuz vəziyyətdə, təxminən, bir il yarım həkimlərin nəzarəti altında olub.

Qeyd edək ki, V.Zodelava 1997-1998-ci illərdə Poti şəhəri, 1998-2004-cü illərdə isə Tbilisi şəhərinin meri olub. 

Son xəbərlər

Orphus sistemi