Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 4,8% artıb

Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 4,8% artıb Ötən ay Azərbaycandan Gürcüstana 145 482 nəfər səfər edib.
Region
4 Oktyabr , 2019 20:40
Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 4,8% artıb

Ötən ay Azərbaycandan Gürcüstana 145 482 nəfər səfər edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının hesabatında bildirilib.

İllik müqayisədə Gürcüstana səfər edən azərbaycanlı turistlərin sayı 6 692 nəfər və ya 4,8% artıb.

Sentyabr ayında Azərbaycan qonşu ölkəyə ən çox səfər edən əcnəbilər arasında ikinci yeri tutub. Birinci yerdə 147 425 nəfərlə Rusiya, üçüncü yerdə isə 128 670 nəfərlə Ermənistandır.

Ötən ay Gürcüstan 917 044 əcnəbi ziyarətçi qəbul edib ki, bu da illik müqayisədə 2,8% çoxdur. Turist səfərlərinin sayı isə 0,6% artaraq 539 524 nəfər təşkil edib.

Son xəbərlər

Orphus sistemi