​Azərbaycanda sığınacaq alan Martirosyanın qayınanası işdən qovulub

​Azərbaycanda sığınacaq alan Martirosyanın qayınanası işdən qovulub Martirosyanın həyat yoldaşının anası Anait Qasparyan Ermənistan Müdafiə Nazirliyinin Mərkəzi Klinik Hərbi Hospitalında işləyib
Region
30 Sentyabr , 2015 11:45
​Azərbaycanda sığınacaq alan Martirosyanın qayınanası işdən qovulub

Bakı. 30 sentyabr. REPORT.AZ/ Sentyabr ayında Azərbaycanda sığınacaq istəyən Vaan Martirosyanın həyat yoldaşının anasını çalışdığı hərbi hospitaldakı vəzifəsindən çxarılıb. Bu barədə "Report" "Johovurd" qəzetinə istinadən xəbər verir.

Qəzetin məlumatına görə, Martirosyanın həyat yoldaşının anası Anait Qasparyan 2015-ci ilin sentyabrın 17-dək Ermənistan Müdafiə Nazirliyinin Mərkəzi Klinik Hərbi Hospitalında işləyib.

"Onun kürəkəni və qızı Azərbaycana qaçdığı məlum olduqdan sonra, hospital rəhbərliyi bu məlumatı bir daha dəqiqləşdirərək, Qasparyana vəzifədən azad olunduğunu bildirib", - məqalədə deyilir.

Son xəbərlər

Orphus sistemi