Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) xarici ölkələrdə yaşayan və müvəqqəti qalan vətəndaşlara kömək göstərməkdə davam edir.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə XİN-dən bildirilib.
Məlumata əsasən, Gürcüstanda olan 431 Azərbaycan vətəndaşına müvafiq kömək göstərilib. Bu dəstəyə yaşayış yeri, ərzaq, nəqliyyat, dərman vasitələri ilə təminat və onlayn məsləhətlər daxildir.
XİN xarici ölkələrdəki diplomatik nümayəndəliklər vasitəsilə, ümumilikdə, 10 058 Gürcüstan vətəndaşına kömək edib, 7 068 vətəndaş isə vətənə qaytarılıb.