Azərbaycanda Gürcüstan parlamentinə seçkilər üzrə səsvermə keçirilməyəcək

Azərbaycanda Gürcüstan parlamentinə seçkilər üzrə səsvermə keçirilməyəcək Azərbaycanda Gürcüstan parlamentinə seçkilər üzrə səsvermə keçirilməyəcək
Region
30 Oktyabr , 2020 14:44
Azərbaycanda Gürcüstan parlamentinə seçkilər üzrə səsvermə keçirilməyəcək

“Ümumi karantin rejiminə görə bəzi ölkələrdə Gürcüstan vətəndaşlarının parlament seçkilərində iştirak etməsi üçün seçki məntəqələri açılmayacaq”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Giorgi Qaxariya brifinqdə bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Yunanıstanla bağlı bu cür qərar verilib: “Bu bizim üçün çox təəssüfedici faktdır, çünki biz əminik ki, həm Azərbaycan, həm də Yunanıstanda “Gürcü Arzusu” inamlı qələbə qazanacaq”.

Qeyd edək ki, bundan öncə Gürcüstanın Mərkəzi Seçki Komissiyası oktyabrın 31-də keçiriləcək parlament seçkiləri ilə bağlı ölkənin Azərbaycandakı səfirliyində 3 seçki məntəqəsinin yaradılması barədə qərar qəbul etmişdi.

Son xəbərlər

Orphus sistemi