Ceyhun Bayramov Kazandakı terrora görə başsağlığı verib

Ceyhun Bayramov Kazandakı terrora görə başsağlığı verib “Günahsız insanların ölümü həmişə faciədir. İlk növbədə həlak olanların ailə üzvlərinə, bütün Rusiya əhalisinə, dostlarımıza, bu gün Bakıda olan tərəfdaşlarımıza başsağlığı diləyirik, bütün yaralananlara tez sağalmağı arzulayıram"
Region
11 May , 2021 13:01
Ceyhun Bayramov Kazandakı terrora görə başsağlığı verib
Ceyhun Bayramov

Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov bu gün Rusiyanın Kazan şəhərindəki məktəbdə baş vermiş atışmada çox sayda insanın ölməsi ilə bağlı başsağlığı verib.

“Report” xəbər verir ki, C.Bayramov bu barədə rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirilən mətbuat konfransında danışıb.

“Günahsız insanların ölümü həmişə faciədir. Bunun məktəbdə baş verməsi dəhşətlidir. İlk növbədə həlak olanların ailə üzvlərinə, bütün Rusiya xalqına, dostlarımıza, bu gün Bakıda olan tərəfdaşlarımıza başsağlığı diləyir, bütün yaralananlara tez sağalmağı arzulayıram. Terrorun təzahürlərini qınayırıq. Bu bir daha göstərir ki, bütün ölkələr bu "vəbaya" qarşı mübarizədə birləşməlidirlər”, – XİN başçısı deyib.

Son xəbərlər

Orphus sistemi