Azərbaycan Xəzəryanı ölkələrin qardaşlaşmış şəhərlərinin forumunda iştirak edəcək

Azərbaycan Xəzəryanı ölkələrin qardaşlaşmış şəhərlərinin forumunda iştirak edəcək Azərbaycan sentyabrın 28-29-da Rusiyanın Həştərxan şəhərində keçiriləcək Xəzəryanı ölkələrin qardaşlaşmış şəhərləri arasında əməkdaşlığın inkişaf perspektivləri Beynəlxalq Forumunda iştirak edəcək.
Region
12 Sentyabr , 2019 10:54
Azərbaycan Xəzəryanı ölkələrin qardaşlaşmış şəhərlərinin forumunda iştirak edəcək

Azərbaycan sentyabrın 28-29-da Rusiyanın Həştərxan şəhərində keçiriləcək "Xəzəryanı ölkələrin qardaşlaşmış şəhərləri arasında əməkdaşlığın inkişaf perspektivləri" Beynəlxalq Forumunda iştirak edəcək.

Bu barədə "Report" Rusiya KİV-inə istinadən xəbər verir.

Forum Həştərxan Dövlət Universitetinin dəstəyi ilə "Rossotrudniçestvo" tərəfindən keçirilir.

Forumun proqramına beynəlxalq şəhər əməkdaşlığının aktual mədəni-humanitar məsələlərinə dair tematik modullar və bölmələr daxildir. Xəzəryanı dövlətlərin qardaşlaşmış şəhərlərinin görüşünün əsas məqsədi isə şəhər administrasiyaları, biznes, elm və ekspert icmasının nümayəndələri arasında açıq dialoq üçün şərait yaratmaqdır.

Forumda Rusiyanın ünlü ekspertləri, elmi ictimaiyyətin nümayəndələri, ictimai təşkilatların, Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın qardaşlaşmış şəhərlərinin administrasiyalarının, federal nazirlik və qurumların, həmçinin Rusiya Federasiyası subyektlərinin hökumət orqanlarının nümayəndələri iştirak edəcək.

Orphus sistemi